Hər il sentyabrın ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur.

Gözlənilməz vəziyyətlər – qəza, yaralanma və ya səhhətin qəfil pisləşməsi zamanı ilk tibbi yardım həyati əhəmiyyət daşıyır. Bu günün əsas məqsədi isə sadə, amma olduqca önəmli həqiqəti xatırlatmaqdır: ilk tibbi yardım həyat qurtarır.

Bu münasibətlə hər kəsə kiçik bir çağırış edirik:

✅ İlk tibbi yardım qaydalarını xatırlayın.

✅ Əgər hələ öyrənməmisinizsə, bu bilikləri əldə etməyə tələsin.

✅ Bildiklərinizi yaxınlarınıza da öyrədin.

Unutmayaq ki, sağlamlıq və təhlükəsizlik – bizim ən dəyərli sərvətimizdir.